Piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxdığını elan edən Litva və Finlandiya öz istehsalına başlamağı planlaşdırır. Onlar həmçinin Ukrayna üçün təchizatçı olmağa hazırdırlar.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” xəbər verir.
Rusiya ilə həmsərhəd ölkələr bu addımı öz təhlükəsizliklərini gücləndirmək və Ukraynaya dəstək vermək zərurəti ilə izah edirlər.
Litva və Finlandiya Avropa ölkələri arasında qadağan olunmuş sursat istehsalına qayıtdığını elan edən ilk ölkələr oldu.
NATO ölkələri arasında Rusiya ilə ən uzun sərhədi paylaşan Finlandiyada dörd müdafiə şirkəti - "Nammo Lapua", "Insta", "Raikka" və "Forcit Explosives" artıq piyada əleyhinə minaların istehsalına hazır olduqlarını və ya maraqlı olduqlarını bəyan ediblər.
QAZİLER.AZ