Fələstinli HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının məhz onların şərtləri əsasında əldə olunacağına əmindir.
Apa xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmi nümayəndəsi İzzət ər-Rişq "Telegram" kanalında məlumat yayıb.
"İsrailin Baş naziri Benyamin Netanyahunun "bütün girovların azad edilməsi və HAMAS-ın təslim olması" ilə bağlı açıqlamaları real vəziyyətlə heç bir əlaqəyə malik deyil. Qəzza təslim olmayacaq və şərtləri məhz HƏMAS müəyyən edəcək", – deyə ər-Rişq vurğulayıb.