ABŞ Suriya liderinin rəhbərlik etdiyi qruplaşmadan terrorçu etiketini silib

ABŞ Suriya liderinin rəhbərlik etdiyi qruplaşmadan terrorçu etiketini silib backend

Əhməd əl-Şara: “Heyət Təhrir əş-Şam”in buraxılması ...

Birləşmiş Ştatlar bundan sonra Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaranın rəhbərlik etdiyi “Heyət Təhrir əş-Şam”i (HTŞ) xarici terror qruplaşması hesab etməyəcək.

Qaziler.az bildirir ki, CNN-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.

Dövlət Departamenti rəhbərinin dediyi kimi, xarici terror təşkilatı statusunun ləğvi ilə bağlı sənəd iyunun 23-də imzalanıb və bu gün, iyulun 8-də qüvvəyə minir.

Rubio qeyd edib ki, statusun ləğvi “HTŞ-nin elan edilmiş ləğvi və Suriya hökumətinin terrorizmin bütün formaları ilə mübarizə öhdəliyindən sonra baş verib”.

Dövlət katibinin sözlərinə görə, bu, “Prezident Trampın sabit, vahid və sülhsevər Suriya baxışının həyata keçirilməsində” mühüm addımdır.

QAZİLER.AZ