Şimali Makedoniya meşə yanğınlarına görə "böhran vəziyyəti" elan edib

Şimali Makedoniya meşə yanğınlarına görə "böhran vəziyyəti" elan edib backend

Şimali Makedoniya hökuməti artan meşə yanğınları səbəbindən ölkə daxilində 30 günlük "böhran vəziyyəti" elan edib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, hökumət sözçüsü Marija Miteva paytaxt Skopyedə baş nazirlik binasında təşkil edilən mətbuat konfransında bildirib ki, hökumətin bugünkü iclasında meşə yanğınları ilə əlaqədar bütün ölkə ərazisində 30 günlük "böhran vəziyyəti" elan edilməsinə dair qərar qəbul edilib.

Qərarın bütün əlaqədar qurumların kompleks yanaşma və koordinasiyalı fəaliyyət göstərməsinə imkan verdiyini bildirən Miteva:"Yanğınlarla mübarizə və əhalinin qorunması üçün insan, texniki və maddi-texniki təminat daxil olmaqla bütün resurslar səfərbər ediləcək", - dedi.

Miteva hökumətin yanğınlardan zərər çəkmiş bütün bölgələrə təcili və vaxtında yardım göstərəcəyini bəyan edib və vətəndaşları son dərəcə diqqətli olmağa, bütün tövsiyə və qadağalara əməl etməyə çağırıb.

Şimali Makedoniya hökuməti iyulun 1-dən avqustun 31-dək meşələrə girişin qadağan edildiyini, qərara əməl etməyənlərin isə 1500-2000 avro arasında cərimələnəcəyini açıqlayıb.

QAZİLER.AZ