ABŞ prezidenti Donald Tramp növbəti dəfə Rusiya prezidenti Vladimir Putindən narazı olduğunu bildirib.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, Tramp bunu Nazirlər Kabinetinin iclası zamanı deyib.
"Hazırda onunla da məşğul oluruq. Və Putindən narazıyıq. Mən Putindən narazıyam. Bunu indi sizə dəqiq deyə bilərəm, çünki o, çoxlu adam öldürür. Onların da çoxu onun öz əsgərləridir. Onlar indi həftədə 7 minə qədərdir. Mən isə Putindən narazıyam", - Tramp bildirib.
Jurnalistlər ABŞ prezidentindən "bu narazılıq hissinə görə Putinə nəsə etməyi planlaşdırırmı?", - sualı ilə müraciət ediblər.
"Mən sizə deməzdim. Məgər biz kiçik sürpriz etmək istəmirikmi?", - Tramp deyib.
QAZİLER.AZ