Keniyada etirazlar: 11 nəfər öldürülüb, 500-dən çox şəxs həbs edilib

Keniyada etirazlar: 11 nəfər öldürülüb, 500-dən çox şəxs həbs edilib backend

Keniyada etirazlar zamanı azı 11 nəfər ölüb, 567 nəfər həbs edilib.

Qaziler.az bildirir ki, bu barədə BBC-nin iyulun 8-də yerli polisə istinadən verdiyi məlumatda deyilir.

"Keniyada hökumət əleyhinə etirazlar zamanı azı 11 nəfər ölüb, 567 nəfər həbs edilib", - telekanalın açıqlamasında deyilir.

Qeyd olunur ki, yerli polis daha əvvəl öz əməkdaşlarını “davam edən zorakılıq və təxribat qarşısında müstəsna təmkin və peşəkarlığa görə” tərifləyən bəyanat yaymışdı. Bundan əlavə, 52 hüquq-mühafizə orqanı əməkdaşı və 11 mülki şəxsin xəsarət alması da qeyd edilib.

Kanalın məlumatına görə, Keniya İnsan Haqları Komissiyası (KHRC) polisi etirazlar dalğası zamanı “həddindən artıq güc” istifadə etməkdə ittiham edib. Qeyd olunur ki, təşkilat Keniya hüquq-mühafizə orqanlarının “Nayrobi, Kajiado, Nakuru, Kiambu və Eldoretdəki silahlı cinayətkar qruplarla” əməkdaşlıq etdiyini də bəyan edib.

QAZİLER.AZ