ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik komandasının üzvləri iyulun 8-də Ukraynaya silah tədarükü məsələsini müzakirə etməyi planlaşdırır. Söhbət xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərdən gedir.
Qaziler.az bildirir ki,bu barədə CNN xəbər verir.
Trampın köməkçilərinin Ukraynaya hərbi yardımı müzakirə etmək planları barədə məlumatı nəşrə adı açıqlanmayan mənbə açıqlayıb.
CNN həmsöhbəti aydınlaşdırıb ki, Tramp administrasiyası artıq “Patriot” üçün Ukraynaya əlavə raketlərin necə çatdırılmasını müzakirə edib.
Bu, cümə günü, iyulun 4-də Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra baş verib.
QAZİLER.AZ