Texasda daşqın nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb

Texasda daşqın nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb backend

ABŞ-nin Texas ştatının mərkəzi Kerr dairəsində güclü daşqınlar nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb.

Qaziler.az bildirir ki, bu barədə "Global Times" iyulun 8-də məlumat verib.

“Mərkəzi Texasda daşqın nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb, onlarla adam hələ də itkin düşmüş hesab olunur”, – qəzet yazır.

Kerr dairəsinin şerifi Larri Leitin dediyinə görə, indiyədək 48 böyük və 27 uşağın öldüyü təsdiqlənib, digərlərinin cəsədlərinin şəxsiyyəti hələlik məlum deyil. Bundan əlavə, bir neçə uşaq da daxil olmaqla, Mərkəzi Texasın dörd başqa əyalətində 12 ölüm halı qeydə alınıb.

QAZİLER.AZ