"Rusiya döyüş meydanındakı vəziyyətə görə sülh danışıqlarına ehtiyac görmür"

"Rusiya döyüş meydanındakı vəziyyətə görə sülh danışıqlarına ehtiyac görmür" backend

Çexiya prezidenti Petr Pavel Rusiyanın döyüş meydanında irəliləyişlərə görə Ukraynada yaxın vaxtlarda sülhün bərqərar olacağına şübhə edib.

Qaziler.az bildirir ki, o, bu barədə iyulun 8-də BBC-yə müsahibəsində bildirib.

"Şəxsən mən buna inanmıram, Rusiyanın arqumentlərinə qətiyyən inanmıram. Onlar Ukraynanı tam məğlub etməyi qarşılarına məqsəd qoymadıqlarını deyəndə, onların həqiqətən nə istədiklərini anlamaq üçün Rusiya prezidenti Vladimir Putinin və ya Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatlarına qulaq asmalısınız", - Pavel bildirib.

Onun sözlərinə görə, guya Rusiya döyüş meydanındakı vəziyyətə görə hazırda sülh danışıqlarına ehtiyac görmür.

“Onlar (Rusiya hakimiyyəti – red.) hesab edirlər ki, danışıqlar yolu ilə deyil, hərbi əməliyyatlar yolu ilə daha çox şeyə nail ola bilərlər”, - deyə siyasətçi yekunlaşdırıb.

QAZİLER.AZ