Moskvada yeraltı dayanacağın tavanı uçub

Moskvada yeraltı dayanacağın tavanı uçub backend

Moskvada yeraltı dayanacağın tavanı uçub.

Qaziler.az xəbər verir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb.

“Moskvanın “Riviera” ticarət mərkəzində yeraltı dayanacaqda tavanın uçması nəticəsində bir nəfər xəsarət alıb”, - məlumatda deyilir.

Telekanalın məlumatına görə, hadisə -3-cü mərtəbədə baş verib. Hazırda ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə yollanıb. Tavanın uçmasının səbəbləri müəyyənləşdirilir.

QAZİLER.AZ