Hindistanda 15 yaşlı oğlanın ailəsi cadugərlik etdiyi üçün diri-diri yandırıldı

Hindistanda 15 yaşlı oğlanın ailəsi cadugərlik etdiyi üçün diri-diri yandırıldı backend

Hindistanda 15 yaşlı yeniyetmə dəhşətli mənzərənin şahidi olub. 50 nəfərlik izdiham yeniyetmənin ailəsini cadugərlik əməlinə görə linç edib.

Qaziler.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Faciə ölkənin şərqində, Bihar ştatında baş verib. Sağ qalan yeniyetmə qonşu kəndə qaçaraq baş verənləri ana tərəfdən olan qohumlarına danışıb. Gəncin sözlərinə görə, 50-yə yaxın insan cadugər sayılan 45 yaşlı anasının yanına gəlib və onunla hesablaşmaq istəyiblər. Gəncin 70 yaşlı nənəsi, 50 yaşlı atası və daha üç ailə üzvü anasının müdafiəsinə qalxsalar da, qəzəbli kütlənin kini onlara da sirayət edib.

Kütlə maneə yaradan ailənin 5 üzvünü də evdən çıxardaraq 150-200 metr aralıda, üzərlərinə dizel yanacağı tökərək yandırıb.

Polisin fikrincə, ailəyə hücum iki gün əvvəl oğlan uşağının ölümü ilə bağlı ola bilər. Hindistanın hüquq-mühafizə orqanının rəsmisi amansız hücumda iştirak edən kütlənin artıq saxlanıldığını bildirib.

QAZİLER.AZ