Çexiya prezidenti Petr Pavel Ukraynada sülhün yaxın gələcəkdə əldə olunacağına şübhə ilə yanaşır, çünki Rusiya döyüş meydanında güzəştə getmir.
Qaziler.az xəbər verir ki, BBC-nin Ukrayna xidmətinə müsahibəsində Çexiya prezidenti Moskvanın Kiyevin “tam məğlubiyyətinə” can atdığını bildirib.
"Şəxsən mən buna inanmıram, Rusiyanın arqumentlərinə qətiyyən inanmıram. Onlar deyəndə ki, Ukraynanı tam məğlub etmək niyyətində deyillər, o zaman siz prezident Putinin və ya Sergey Lavrovun bəyanatlarına qulaq asın ki, onların həqiqətən nə istədiklərini başa düşəsiniz", - Pavel bildirib.
Onun sözlərinə görə, Rusiya döyüş meydanında irəliləyiş gördükcə, danışıqlara ehtiyac hiss etməyəcək. “İddialara görə, Kreml danışıqlar yolu ilə deyil, hərbi əməliyyatlarla daha çox şeyə nail ola biləcəyinə inanır”, - Çexiya prezidenti bildirib.
QAZİLER.AZ