Avropa Parlamentinin (AP) üzvləri Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avrozonaya daxil olmasını dəstəkləyiblər.
Qaziler.az-ın məlumatına görə, bu qərar AP-nin Strasburqda keçirilən plenar iclasında qəbul edilib və səsvermənin yayımı parlamentin saytında dərc olunub.
Belə ki, 531 deputat avrozonaya qoşulmaq üçün lehinə, 69 deputat əleyhinə səs verib, 79 deputat isə bitərəf qalıb.
Avropa Xalq Partiyasının üzvü, Avropa Parlamentinin ölkənin avrozonaya daxil olması ilə bağlı məruzəçisi Yeva Maydel “Bolqarıstan valyuta ittifaqına qoşulmağa hazırdır” deyib.
QAZİLER.AZ