Mexikoda kütləvi turizmə qarşı etirazlar keçirilib

Mexikoda kütləvi turizmə qarşı etirazlar keçirilib backend

Mexikoda mənzil qiymətlərinin artmasına və yerli sakinlərin mərkəzi ərazilərdən didərgin düşməsinə qarşı kütləvi etiraz aksiyası keçirilib.

Qaziler.az xəbər verir ki, AP-nin məlumatına görə, mitinqə yüzlərlə insan toplaşıb və ümumilikdə dinc şəraitdə keçib. Lakin sonra bəzi etirazçılar vitrinləri dağıdıb və mağazaları qarət ediblər.

Plakatlarda “Qrinqolar, evlərimizi oğurlamağı dayandırın” və “Yerlilər üçün mənzil!” şüarları yazılıb. Etirazın səbəbi keçmiş Mexiko meri (indiki prezident) Klaudiya Şeynbaumun siyasətinin nəticələri olub: 2022-ci ildə o, “Airbnb” və UNESCO ABŞ və Avropadan daha çox turist və işçiləri cəlb etmək üçün müqavilə imzalayıb.

O vaxtdan bəri, Roma və Kondesa kimi məhəllələrdəki evlər daha qısa müddətli kirayə verilməyə və küçələrdə daha az ispan dilində danışanlara rast gəlinib. Mənzil və kirayə qiymətləri o qədər artıb ki, gənclər və fəhlə sinfi şəhəri tərk etmək məcburiyyətində qalıb.

QAZİLER.AZ