Aİ tariflərin yumşaldılması üçün Trampla razılığa gəlməyə çalışır

Aİ tariflərin yumşaldılması üçün Trampla razılığa gəlməyə çalışır backend

Avropa İttifaqı bu həftə ABŞ prezidenti Donald Trampla ticarət rüsumları ilə bağlı prinsipial razılığa gəlməyə ümid edir.

Qaziler.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Məlumatda qeyd olunub ki, bundan əvvəl Brüssel möhlət alıb — Aİ-dən idxala 50%-ə qədər gömrük rüsumundan yayınmaq üçün danışıqlar avqustun 1-dək davam edə bilər.

İrlandiya baş nazirinin müavini Simon Harrisin dediyi kimi, Avropa 10% əsas tarif dərəcəsinə razıdır, lakin ABŞ-dan bir sıra güzəştlər gözləyir. Xüsusilə, Aİ avtomobillərə (hazırda 27,5%-ə qədər), polad (50%-ə qədər), tibbi avadanlıqlar, həmçinin şərab və spirtli içkilərə (hazırda 10%-ə qədər) rüsumların azaldılmasında israrlıdır.

Almaniya üçün avtomobil sənayesində güzəştlər almaq xüsusilə vacibdir. Bu, ABŞ-də zavodları olan BMW, “Mercedes-Benz” və “Volkswagen” üçün çox əhəmiyyətlidir.

İrlandiya üçün həssas məsələ olan əczaçılıq məhsullarına mümkün tariflərlə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Harris vurğulayıb ki, Aİ avqustun 1-dək danışıqları yekunlaşdırmaq istəyir, lakin minimal tariflər belə istehlakçılara, iş yerlərinə və investisiyalara mənfi təsir göstərəcək.

QAZİLER.AZ