Kreml keçmiş nəqliyyat naziri Roman Starovoytun intiharı ilə bağlı xəbəri faciəli və kədərli adlandırıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
O vurğulayıb ki, bu hadisə ilə bağlı Vladimir Putin dərhal məlumatlandırılıb.
"Hazırda mən bu mövzuya münasibət bildirmək istəməzdim", - Peskov qeyd edib.
Qeyd edək ki, iyulun 7-də Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib. O, bu vəzifəni 2024-cü ilin may ayından tutub, bundan əvvəl isə Kursk vilayətinin qubernatoru olub. Həmin gün Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko Moskva vilayətinin Odintsovo şəhərdə Starovoytun şəxsi avtomobilinin yanında meyitinin tapılması barədə məlumat verib. İlkin məlumatlara görə, eks-nazirin intihar etdiyi hesab edilir.
QAZİLER.AZ