İntihar edən eks-nazirin gənc sevgilisi ilə bağlı təfərrüatlar

İntihar edən eks-nazirin gənc sevgilisi ilə bağlı  təfərrüatlar backend

Roman Starovoytun sevgilisi 25 yaşlı Polina bir il əvvəl doğma şəhəri Kurskdan Moskvaya köçüb.

Qaziler.az SHOT teleqram kanalına istinadla xəbər verir ki, həmin vaxtda Roman Starovoyt Rusiya Nəqliyyat Nazirliyinin rəhbəri təyin edilib.

Qızın dostlarının dediyinə görə, Polina Kurskda tibb universitetini bitirdikdən sonra anası ilə birlikdə mənzillərini sataraq paytaxta gəliblər. Onların sözlərinə görə, gənc qız 53 yaşlı nazirlə münasibətini xüsusi reklam etməyib.

Polinanın yeganə rəsmi qeydiyyatdan keçmiş əmlakı KIA K5 avtomobilidir. Ancaq Polinanı tanıyanlar onun anası ilə tez-tez Moskvanın bahalı mağazalarını gəzdiyini söyləyiblər.

Sosial şəbəkədə Polinanın gəlinlikdə fotosu var. Kursk jurnalistləri onun nazirlə toyuna az qaldığı haqda şayiələr yazıblar. Hansı ki bu gün gənc qız Starovoytu tanımaq üçün Odintsovoya getməli olub. Polina keçmiş nazirin avtomobilindən göz yaşları içində hadisə yerindən uzaqlaşdırılıb.

Nəşrin məlumatına görə, Polina məmurun qohumlarından yeganə insan olub, onun öldüyü yerə tez gəlib və meyitin şəxsiyyətini müəyyənləşdirib. Kanalın müəllifləri iddia edirlər ki, Starovoyt onunla ən azı son bir ili münasibətdə olub.

QAZİLER.AZ