Moskva İrəvanı qazsız qoyur

Moskva İrəvanı qazsız qoyur backend

Ermənistan ilə Rusiya təbii qazın qiymətinin dondurulması ilə bağlı danışıqlar aparır.

Bu barədə Dövlət Xidmətlərin Tənzimlənməsi Komissiyasının rəhbəri Robert Nazariyan bildirib.

O deyib ki, milli valyuta məzənnəsinin “tərəddüdləri” enerji tariflərinin müəyyənləşdirilməsində əsas amildir: "Ermənistan dramı ötən il ABŞ dolları və digər valyutalara nisbətdə dəyərini 15 faiz itirib. Ermənistan Moskva ilə danışıqlar aparır ki, Rusiya dram-dollar dəyişikliklərini nəzərə alıb təbii qazın qiymətini qaldırmasın."

Ümumiyyətlə, 2013-cü ilin iyulunda Dövlət Xidmətlərin Tənzimlənməsi Komissiyası Rusiya qazının qiymətinin artmasını əsas gətirərək elektrik enerjisinin qiymətini qaldırıb. Ermənistanda elektrik enerjisinin üçdə birindən çoxu təbii qaz hesabınadır. Qiymət ötən ilin iyulunda daha 10 faiz artıb.

Xatırladaq ki, 2013-cü ilin dekabrında Ermənistan ölkədaxili qazpaylayıcı şəbəkədəki 20 faizlik payını Rusiyanın "Qazprom" şirkətinə satıb.
Diaspora