ABŞ-da Sərhəd Xidmətinin binasına silahlı hücum edilib

ABŞ-da Sərhəd Xidmətinin binasına silahlı hücum edilib backend

Texasda naməlum şəxs Sərhəd Xidmətinin binasına hücum edib, nəticədə 3 nəfər yaralanıb.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Bu səhər naməlum şəxs Texas ştatının Mak-Allen şəhərində ABŞ Sərhəd Mühafizəsi sektorunun girişində atəş açıb”, – məlumatda bildirib.

Hadisə nəticəsində iki polis və bir Sərhəd Xidmətinin əməkdaşının yaralandığı, hücum edənin zərərsizləşdirildiyi bildirilir.

QAZİLER.AZ