Rusiyalı nazirin ölümündən əvvəl yazdığı mesaj ortaya çıxıb

Rusiyalı nazirin ölümündən əvvəl yazdığı  mesaj ortaya çıxıb backend

Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoytun ölümündən əvvəl mühafizəçilərinə son mesaj göndərdiyi bildirilib.

Qaziler.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Nəşr qeyd edib ki, mesajda eks-nazir onu hardan və nə vaxt aparacaqlarını deyib.

“Mash” qeyd edir ki, mühafizəçilər hadisə yerinə gələn kimi Starovoytun cəsədini tapıblar. Mənbələrin bildirdiyinə görə, ölümündən əvvəl keçmiş nazirdə qəribə davranış müşahidə edilməyib.

Qeyd edək ki, bir sıra KİV Starovoytun Odintsovodakı evində intihar etdiyi barədə məlumat yayıblar.

QAZİLER.AZ