İntihar edən Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoytun portfelində "iPad", sənədlər və bir paçka pul tapılıb.
Qaziler.az xəbər verir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb.
Sözügedən əşyalar müstəntiqlər tərəfindən hadisə yerinin yaxınlığında park edilmiş “Tesla” avtomobilindən götürülüb.
Hadisə yerində barmaq izi müayinəsi də aparılıb. Avtomobildən barmaq izləri götürülüb, tapılan əşyalar ekspertizaya göndərilib. Bundan əlavə, hadisə yerinin yaxınlığında İstintaq Komitəsinin əməkdaşları Starovoytun sevgilisi Polinanı dindiriblər. O, ifadə verdikdən sonra eks-nazirin xidməti avtomobilinə mindirilərək aparılıb. İstintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, bir sıra KİV Starovoytun Odintsovodakı evində intihar etdiyi barədə məlumat yayıblar.
QAZİLER.AZ