Ukrayna Silahlı Qüvvələrinin Rusiya şəhərlərinə hücum etmək üçün istifadə etdiyi pilotsuz təyyarələrin bəziləri Ukrayna ərazisindən buraxılıb.
Qaziler.az xəbər verir ki, bu fikirləri müstəqil hərbi ekspert Aleksandr Xramçixin “NEWS.ru”ya bildirib. O, Finlandiya və Baltikyanı ölkələr kimi digər ölkələrin PUA-larından istifadə etməklə təxribatların baş verə biləcəyini də istisna etmir.
“Müasir təyyarə tipli dronlar artıq Ukraynadan Moskvaya və Sankt-Peterburqa kifayət qədər asanlıqla uça bilir. Murmansk və ya Arxangelskə endirilən zərbələrə şübhə edirəm - başqa yerlərdən pilotsuz təyyarələrin buraxılması ilə bağlı müxtəlif variantlar var”, - Xramçixin vurğulayıb.
O qeyd edib ki, NATO ölkələrinin istənilən bu cür hücumları tam hərbi münaqişə üçün bəhanə ola bilər.
“Əgər bəzi dronların, məsələn, Finlandiya və ya Baltikyanı ölkələrin ərazisindən bizə zərbə endirdiyinə dair obyektiv sübutlar ortaya çıxarsa, bu, 100% “casus belli” olacaq, yəni müharibə elan etmək üçün bir bəhanə... Pilotsuz təyyarələri kimin buraxmasının fərqi yoxdur - xüsusi xidmət orqanları, ordu və ya bəzi şəxslər”, - müsahib əlavə edib.
QAZİLER.AZ