ABŞ-ın Çikaqo kəndində maşın oğurluğuna görə axtarışda olan 17 yaşlı zənci Laquan McDonald polis tərəfindən 16 güllə ilə öldürülüb. QAZİLER.AZ xəbər verir ki, Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, 20 noyabrda baş verən hadisə zamanı 17 yaşlı zənci onu izləyən polis məmuru Jason Van Dyke tərəfindən əlindəki bıçağı atmaq tələbini rədd etdiyi iddiası ilə yolun ortasında güllələnərək öldürülüb.
Çikaqoda baş verən hadisə zamanı polis məmuru Jason Van Dykenin Laquan McDonaldı öldürdüyü anlar saniyə-saniyə qeydə alınıb.Törətdiyi hadisəyə görə polis məmuru birinci dərəcədən cinayətlə günahlandırılır.
Hadisənin görüntüləri yayıldıqdan sonra çoxlu gənc polis şiddətinə qarşı etiraz etmək üçün küçələr axışıb.
Qeyd edək ki, Amerika polisinin, xüsusən Ferguson, Baltimore və Nyu York şəhərlərində zəncilərə qarşı şiddəti etirazlara və ABŞ ədalət sisteminin müzakirəyə çıxarılmasına səbəb olmuşdu.