Tunisdə terrorçu-kamikadze prezident mühafizəçilərinin olduğu avtobusa yaxınlaşaraq özünü partladıb, nəticədə azı 11 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Sputnik”ə təhlükəsizlik qurumlarındakı mənbə bildirib.
İnsident terror aktı kimi qiymətləndirilir.Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.