Hindistanın Himaçal-Pradeş ştatında güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 78-ə çatıb.
Qaziler.az bildirir ki, Yeni Dehlidə yerləşən NDTV telekanalının məlumatına görə, Himaçal-Pradeş ştatının şimalında iyunun 20-dən bəri musson yağışlarının təsiri altındadır.
Ştatda güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 78-ə, yaralıların sayı isə 121-ə yüksəlib.
243 yolun bağlandığı ştatın müxtəlif bölgələrində 37 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Hindistan Meteorologiya İdarəsi (IMD) Himaçal Pradeş üçün xəbərdarlıq edərək, güclü yağışların iyulun 9-dək davam edəcəyini bildirib.
İyun-sentyabr aylarında Cənubi Asiyada təsirli olan musson yağışları, xüsusilə Hindistanda hər il böyük təbii fəlakətlərə və qəzalara səbəb olur.
QAZİLER.AZ