Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya hava hücumu zamanı Kiyevdəki səfirliyinə ziyan vurduğu üçün Rusiyanın diplomatik missiyasına nota göndərib.
Qaziler.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
“Polşa XİN Rusiya səfirliyinə nota göndərərək hava hücumlarına kəskin etirazını bildirib”, - deyə məlumatda qeyd olunub.
Nazirlik qeyd edib ki, hücum beynəlxalq hüquqa, xüsusilə Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına ziddir.
QAZİLER.AZ