“Ultimate Fighting Championship”in (UFC) baş direktoru Dana Uayt sosial şəbəkədə ABŞ prezidenti Donald Trampın Ağ Evdə UFC turniri keçirmək ideyasını dəstəkləyib.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.
"Bu epik olacaq", - Uayt yazıb.
İyulun 4-də Tramp Ayova ştatında keçirilən mitinqdə Ağ Evdə UFC çempionluğu uğrunda döyüşün keçiriləcəyini bəyan edib.
"Kimsə UFC-yə baxır? Biz UFC döyüşü keçirəcəyik. Bu döyüş olacaq. Bir anlıq düşünün...düz Ağ evin ərazisində. Bizim ordakı ərazimiz böyükdür”, - Tramp deyib.
Yarışın “America 250”nin geniş proqramına - Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyinə həsr olunmuş yubileyə daxil edilməsi planlaşdırılır.
Ağ evin mətbuat katibi Karolayn Levitt məsələ ilə bağlı danışarkən, açıqlama barədə hər hansı təfərrüat verə bilməyəcəyini qeyd edib.
Qeyd edək ki, UFC Amerikanın Las Veqas şəhərində yerləşən və qarışıq döyüş növləri üzrə döyüşlərin keçirildiyibeynəlxalq idman təşkilatıdır.
QAZİLER.AZ