İŞİD terror qruplaşması Qərb və Rusiyan üçün ümumi düşməndir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“İŞİD – ümumi düşməndir, mən İŞİD-lə mübarizədə bütün səyləri alqışlayıram. Rusiya da daxil olmaqla bizim hamımızın bir məqsədimiz olmalıdır – İŞİD-i məğlub etmək”, deyə o Brüsseldə jurnalistlərə bildirib. Stoltenberqin sözlərinə görə, NATO İŞİD-lə mübarizədə bütün səyləri alqışlayır.NATO-nun baş katibi qeyd edib ki, Rusiyanın Suriyadakı hava zərbələrinin əksəriyyəti İŞİD silahlılarının olmadığı ərazilərə endirilib.