İki ölkə Ukrayna üçün "Dron Koalisiyası"na qoşulacaq - Latviya Müdafiə Nazirliyi

İki ölkə Ukrayna üçün "Dron Koalisiyası"na qoşulacaq - Latviya Müdafiə Nazirliyi backend

Belçika və Türkiyə Böyük Britaniya və Latviyanın rəhbərlik etdiyi, Ukrayna üçün pilotsuz təyyarələr alan bir sıra ölkələrin daxil olduğu “Dron Koalisiyası”na qoşulacaq.

Qaziler.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.

Hazırda koalisiyaya 20 ölkə daxildir.

“Riqada keçirilən beynəlxalq görüşdə pilotsuz uçuş aparatları koalisiyasının rəhbərliyi Belçika və Türkiyənin Latviya və Böyük Britaniyanın rəhbərlik etdiyi beynəlxalq pilotsuz uçuş aparatları koalisiyasına qoşulmaq istəyini dəstəkləyib”, - nazirliyin saytı yazıb.

QAZİLER.AZ