Rumıniyada ayı "Ayıları yedizdirməyin" işarəsi altında motosikletçiyə hücum edib.
Qaziler.az BBC News-a istinadən xəbər verir ki, Rumıniyada ayı motosikletçiyə hücum edərək onu parçalayıb.
Hücum məşhur Transfaqarasan turizm marşrutu, Karpat dağlarından keçən dağ magistralında baş verib. Bundan əvvəl kişi turistlərə ayılara yem verməmək barədə xəbərdarlıq edən lövhənin yanında dayanıb.
Yırtıcı motosikletçini təxminən 80 metr dərinlikdə olan dərəyə sürükləyib. Xilasedicilər hadisə yerinə gələnə qədər zərərçəkənə kömək etmək mümkün olmayıb.
"Təəssüf ki, biz gələndə o, artıq ölmüşdü. Yaralar son dərəcə ciddi idi. Başında dəbilqə və tam qoruyucu vasitə olsa da, bu ona kömək etməyib", - məlumatda deyilir.
Ayı hələlik tutulmayıb. Hadisə ilə bağlı istintaq davam edir.
QAZİLER.AZ