Özbəkistan bankının sahibi Parisdə oğurlanıb

Özbəkistan bankının sahibi Parisdə oğurlanıb backend

Özbəkistanın "Anorbank" bankının sahibi Kahramonjon Olimov Parisdə oğurlanıb.

Qaziler.az-ın məlumatına görə, "Le Monde" yazır ki, o, demək olar ki, iki gün cinayətkarların əlində əsir qaldı.

Hadisə iyunun 23-də baş verib. O.Olimov yalnız iyunun 25-də onu qaçıranlara pul verildikdən sonra sərbəst buraxılıb. Qəzetin yazdığına görə, onu döyüblər və öldürməklə hədələyiblər - həkimlər Anorbank sahibinin bədənində çoxsaylı qançırlar və əziklər aşkar ediblər.

"Bu, onun üçün çox xoş deyildi, amma heç olmasa, bitdi" dedi şəxsi katibi.

“Anorbank” öz Telegram kanalında insidenti şərh edib. Onlar bildiriblər ki, hadisə bankın işinə heç bir təsir göstərməyib.

Məlumata görə, bir nəfər “mütəşəkkil adam oğurluğu”na görə həbs edilib.

QAZİLER.AZ

Diaspora