Zelenski Trampla telefon danışığının anonsunu verdi

Zelenski Trampla telefon danışığının anonsunu verdi backend

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığı aparacaq. Danışıq sabah və ya yaxın günlərdə baş tuta bilər.

Bu barədə RBC-Ukrayna Ukrayna dövlət başçısının Aİ liderləri ilə keçirdiyi brifinqdəki bəyanatına istinadən məlumat yayıb.

Zelenski vurğulayıb ki, Ukrayna ABŞ-ın davamlı köməyinə ümid edir, çünki Avropa ölkələrinin ötürə bilməyəcəyi müəyyən imkanlar var. İlk növbədə, söhbət kritik əhəmiyyət kəsb edən "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərdən gedir.

Ukrayna Prezidenti həmçinin əlavə edib ki, Ukrayna öz istehsalına ümid edir. Bu, tərəfdaşlardan daha çox maliyyə tələb edir.

"Allaha şükür, bizim Avropa ölkələri ilə yaxşı münasibətlərimiz var. ABŞ-la ikitərəfli münasibətlərə və onların dəstəyinə gəlincə, ümid edirəm ki, bəlkə sabah və ya yaxın günlərdə prezident Trampla bu barədə danışacağıq", - Zelenski bildirib.

QAZİLER.AZ

Diaspora