Ukraynanın Macarıstana "hücumu" Aİ-yə qəbul prosesini dayandırıb - Orban

Ukraynanın Macarıstana "hücumu" Aİ-yə qəbul prosesini dayandırıb - Orban backend

Brüsseldə keçirilən sammitdə Ukraynanın Avropa İttifaqına daxil olması prosesi Kiyevin Macarıstanı tənqid etməsi səbəbindən dayandırılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban “Facebook”da bildirib.

Macarıstan hökumətinin başçısı öz bəyanatında izah edib ki, Ukraynanın Avropaya inteqrasiya prosedurunu dayandırmaq qərarı bir neçə amillə bağlıdır: Ukrayna tərəfinin Macarıstana hücumlarının artması, Budapeştin Avropa iqtisadiyyatı üçün dağıdıcı nəticələrdən qaçmaq istəyi və Macarıstan iqtisadiyyatına mənfi təsirdən narahatlıqdır.

“Biz Avropada müharibə və iqtisadi böhran istəmirik”, - deyən Orban ölkəsinin mövqeyini açıqlayaraq vurğulayıb.

QAZİLER.AZ

Diaspora