Norveç radiasiya və nüvə təhlükəsizliyi üzrə ilk milli strategiyasını təqdim edib.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə və sosial məsələlər naziri Yan Kristian Vestre bildirib.
“Mən çox şadam ki, bu sahədə ölkənin ilk milli strategiyasına malikik”, - deyə nazir bildirib.
O qeyd edib ki, bu strategiyanın əsas məqsədi Norveçin sağlamlığını və ətraf mühitini qorumaqdır.
Öz növbəsində, ölkənin xarici işlər naziri Espen Bart Eyde qlobal gərginliyin artması fonunda radiasiya və nüvə təhlükəsizliyi məsələsinin xüsusilə aktuallaşdığını bildirib.
Press-relizdə deyilir ki, strategiya 2019-cu ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən ölkənin nüvə təhlükəsizliyi statusunun təftişindən sonra hazırlanıb. Bu sənəd çərçivəsində Norveç əhalinin sağlamlığını və ətraf mühiti qorumaq üçün radiasiyadan və nüvə təhlükəsizliyindən yüksək səviyyədə qorunmağı öhdəsinə götürür.
QAZİLER.AZ