Əfqanıstanda bu gün səhər saatlarında İranın bu ölkədəki səfirliyi yaxınlığında partlayış baş verib.
Əfqanıstan rəsmiləri bildiriblər ki, əsas hədəfin Türkiyə səfirliyi olsa da, partlayış İran səfirliyinin darvazası ağzında baş verib. Səhər pik saatlarında Türkiyə səfirliyi yanında bomba qoyulmuş maşın başqa bir maşına dəyib. Türkiyə və İran səfirlikləri Kabildə bir-birinə yaxın yerləşir.Daxili işlər nazirinin müavini Məhəmməd Əyub Salangi deyib ki, səfirlik maşınına ziyan dəyib, itkilər barədə dəqiq məlumat yoxdur.
"Taliban" məsuliyyəti üzərinə götürüb, məqsədin xarici qüvvələrin karvanını hədəfə almaq olduğunu deyib.
Xatırladaq ki, "Taliban" ilk dəfədir Kabildə Türkiyə səfirliyinə hücum nəzərdə tutub. Kabildə sonuncu belə terror aktı ötən ay aeroport yaxınlığında baş verib.