Birləşmiş Ştatlar İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandırmasını qəbuledilməz hesab edir.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus brifinq zamanı bildirib.
“Biz İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırmaq qərarına “qəbuledilməz” sözündən istifadə edirik”, – Bryus deyib.
Onun sözlərinə görə, Ağ ev İslam Respublikasından agentliklə birgə işi bərpa etməyi tələb edib.
İyulun 2-də məlum olub ki, İran prezidenti Məsud Pezeşkian ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını dayandıran fərman verib.
QAZİLER.AZ