Yaponiya hökuməti öz sakinlərini yaxın illərdə Nankay çökəkliyi bölgəsində dağıdıcı meqazəlzələ ehtimalının yüksək olacağı barədə xəbərdar edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Asahi” qəzeti yazır.
Qeyd olunub ki, 8-9 bal gücündə gözlənilən zəlzələ geniş miqyaslı sunamilərə və trilyonlarla dollar dəyərində iqtisadi itkilərə səbəb ola bilər.
Mütəxəssislər hesab edir ki, növbəti 30 il ərzində belə bir kataklizmin baş vermə ehtimalı təxminən 80 faiz təşkil edir. Təhlükə ilə əlaqədar ölkə hökuməti əhalinin və infrastrukturun qorunması üçün yeni tədbirlər həyata keçirməyə başlayıb.
Əlavə bəndlər və gücləndirilmiş qoruyucu strukturlar tikiləcək, evakuasiya sığınacaqları yaradılacaq, vətəndaşların maarifləndirilməsi proqramları genişləndiriləcək və gözlənilən fəlakətlər üçün erkən xəbərdarlıq sistemləri təkmilləşdiriləcək. Görülən tədbirlərə baxmayaraq, Yaponiya sakinləri zəlzələnin dəqiq vaxtını və yerini proqnozlaşdırmağın mümkün olmadığından narahatdırlar.
QAZİLER.AZ