Avropa Parlamenti gələn həftə Avropa Komissiyasının sədri Ursula fon der Leyen barədə etimad səsverməsi keçirməyi planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə DPA agentliyi mənbələrə istinadən xəbər verirb.
Agentlik iddia edir ki, Avropa Parlamentinin sədri Roberta Metsola artıq fraksiya liderlərinə qarşıdan gələn etimad səsverməsini elan edib. Bu məsələ fon der Leyenin COVID-19 peyvəndi almaqda səlahiyyətlərini aşdığı üçün qaldırılıb.
Mayın 14-də Avropa Ədalət Məhkəməsi AK prezidentini 2021-2023-cü illərdə COVID-19 peyvəndlərinin alınması üzrə müqavilələrə dair məlumatların gizlədilməsinə görə məsuliyyətə cəlb edib.
QAZİLER.AZ