İspaniyada meşə yanğını: Ölənlər var

İspaniyada meşə yanğını: Ölənlər var backend

İspaniyanın Kataloniya muxtar vilayətində baş verən meşə yanğınında iki nəfərin cəsədi tapılıb.

Avropada istilər davam edərkən, İspaniyada meşə yanğınları ilə mübarizə aparılır.

Kataloniya muxtar vilayətinin Lleyda əyalətinin kənd ərazisində baş verən meşə yanğını sürətlə yayılıb. Yanğınsöndürmə qruplarının gərgin səylərinə baxmayaraq, ümumilikdə 6500 hektar (16.000 akr) ərazi külə dönüb.

Kataloniya muxtar vilayətinin rəhbəri Salvador İlla sosial media hesabında Seqarrada baş verən yanğında 2 nəfərin həyatını itirdiyini bildirib.

Kataloniyanın daxili işlər naziri Nuria Parlon həyatını itirənlərin bir fermer və onun işçisi olduğunu bildirib.

Yanğının nəzarət altına alındığı açıqlanıb.

QAZİLER.AZ

 

Diaspora