İsrailin müdafiə naziri husiləri hədələyib

İsrailin müdafiə naziri husiləri hədələyib backend

İsrailin müdafiə naziri İsrael Katz Yəməndəki husilərin "Ənsar Allah" hərəkatını yəhudi dövlətinə raket atdıqdan sonra cavab tədbirləri görəcəyi ilə bağlı xəbərdarlıq edib.

Qaziler.az bildirir ki, onun sözlərini RİA Novosti sitat gətirir.

"Yəmənin taleyi Tehranın taleyi ilə eyni olacaq. Biz Tehranda ilanın başına hücum etdikdən sonra Yəməndə husilərə də hücum edəcəyik", - deyə nazir bildirib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndən raket buraxılışını qeydə aldığını bildirmişdi. 

QAZİLER.AZ

Diaspora