Braziliyada məktəbli ailədaxili münaqişədən sonra nənə və babasını güllələyib.
Qaziler.az bildirir ki, bu barədə "Ultimo segundo" nəşri məlumat yayıb.
Hadisə Fransisko Beltran bələdiyyəsində baş verib. KİV-in məlumatına görə, 13 yaşlı uşaq əvvəlcə babasını yaralayıb, daha sonra nənəsinin sinəsinə 5 güllə açıb. Baba hüquq-mühafizə orqanlarına zəng vura bilib və yaralanmasına baxmayaraq, nəvəsi ilə əlbəyaxa dava edib, bundan sonra onu tərksilah edib.
Nənə və baba nəvəsini yeddi yaşından böyüdüblər. İlkin məlumata görə, münaqişə azyaşlıya smartfondan istifadənin qadağan edilməsi ilə başlayıb. Uşaq dayısına məxsus tapançadan atəş açıb. Polisin müəyyən etdiyi kimi, məktəbli silah əldə etmək üçün qohumunun avtomobilini sındırıb.
Qeyd olunur ki, hadisədən sonra uşaq meşədə gizlənsə də, o, tez tapılaraq saxlanılıb.
QAZİLER.AZ
