Bu Avropa ölkəsi Rusiya təhlükəsinə görə qadınları hərbi xidmətə çağırır

Bu Avropa ölkəsi Rusiya təhlükəsinə görə qadınları hərbi xidmətə çağırır backend

Danimarkada bu gündən, iyulun 1-dən etibarən qadınların kişilərlə bərabər 18 yaşında hərbi xidmətə çağırılmasını nəzərdə tutan yeni qanun qüvvəyə minib.

Qaziler.az bildirir ki, bu barədə  "Daily Express"ə xəbər verir.

Danimarkada hərbi xidmətə çağırış proqramının rəhbəri, polkovnik Kennet Stremin dediyi kimi, Danimarka parlamentinin iyunun əvvəlində qəbul etdiyi qərar “hazırkı təhlükəsizlik vəziyyəti”nə əsaslanır.

" Çağırışçıların sayının artırılması sadəcə olaraq döyüş gücünün artmasına gətirib çıxaracaq", - o qeyd edib.

Danimarkada hazırda 9 milyonluq əhaliyə cəmi 9000 peşəkar əsgər var. 2024-cü ildəki 4700 nəfərlə müqayisədə 2033-cü ilə qədər hər il 6500 nəfərin xidmət göstərəcəyi gözlənilir.

Eyni zamanda, 2024-cü ildə könüllülərin yalnız dörddə biri qadınlar olub.

Analitiklər hesab edirlər ki, Danimarka hakimiyyəti məhz Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən qadınları hərbi xidmətə çağırmaq qərarına gəlib.

QAZİLER.AZ

Diaspora