Eyfel qülləsinin başı turistlər üçün bağlanıb

Eyfel qülləsinin başı turistlər üçün bağlanıb backend

Eyfel qülləsinin ən hündür hissəsi anomal istilər səbəbindən turistlər üçün bağlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə qülləni təmsil edən qurumun rəsmi saytı məlumat yayıb.

"Mövcud anomal istilər səbəbindən Eyfel qülləsi ziyarətçilərin və işçilərin rahatlığını və təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür. 2-ci və 1-ci mərtəbələrə səfərlər hələ də mümkündür", - məlumatda deyilir.

Qeyd olunub ki, qüllənin zirvəsi iyulun 1-i və 2-də bağlı olacaq.

QAZİLER.AZ

Diaspora