Belarusa qarşı hibrid müharibə aparılır - Lukaşenko

Belarusa qarşı hibrid müharibə aparılır - Lukaşenko backend

Belarus prezidenti Aleksandr Lukaşenko bir neçə onilliklər ərzində respublikaya qarşı hibrid müharibənin aparıldığını və bu müharibənin daha da güclənəcəyini bildirib.

Qaziler.az-ın məlumatına görə, onun sözlərini BELTA yayıb.

"Bir neçə onilliklər ərzində bizə qarşı davamlı hibrid müharibə aparılır və bu, gələcəkdə daha da güclənəcək. Bizim cavab verəcəyimiz bir şeylər var”, - Lukaşenko ali hərbi təhsil müəssisələrinin məzunları və yüksək rütbəli zabitlərin təltif edilməsi mərasimində deyib.

Onun sözlərinə görə, ölkənin istənilən təcavüzkar hərəkətə ən sərt cavab verməyə qadir olan, döyüşə hazır ordusu var.

QAZİLER.AZ

Diaspora