Kim Çen In Ukraynada həlak olan Şimali Koreya əsgərlərini yad edib

Kim Çen In Ukraynada həlak olan Şimali Koreya əsgərlərini yad edib backend

Şimali Koreya lideri Kim Çen In Ukrayna münaqişəsində həlak olan Şimali Koreya əsgərlərini göz yaşları içində yad edib.

Qaziler.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Nəşrin məlumatına görə, KXDR və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanmasının birinci ildönümünə həsr olunmuş təntənəli mərasim zamanı ekranda Şimali Koreya liderinin əlini KXDR bayrağı ilə örtülmüş tabutun üzərinə qoymuş fotoşəkilləri nümayiş etdirilib. KXDR lideri çıxışı zamanı göz yaşları ilə əsgərlərə göstərdikləri cəsarət və sədaqət üçün təşəkkür edib. Hadisə Şərqi Pxenyanın Böyük Teatrında baş tutub. Mərasim zamanı Şimali Koreya və Rusiya sənətçiləri çıxış ediblər.

Daha əvvəl “Reuters” Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinə istinadən xəbər vermişdi ki, KXDR Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün bu ilin iyul və ya avqust aylarında Rusiyaya əlavə hərbçilər göndərə bilər. Məlumata görə, Şimali Koreya tərəfi Rusiya Federasiyasını artilleriya mərmiləri və raketlərlə də təchiz edir.

QAZİLER.AZ

Diaspora