“Netflix” yayım şirkəti ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə şirkət “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Netflix kosmosu evə bir az da yaxınlaşdırmaq üçün NASA ilə əməkdaşlığa başlayır”, - deyə nəşr yazıb.
Şirkət vurğulayıb ki, 2025-ci ilin yayından başlayaraq şirkət Beynəlxalq Kosmik Stansiyadan raket buraxılışlarını, astronavtların kosmosda gəzintilərini, missiya hesabatlarını və Yerin nəfəs kəsən mənzərələrini canlı yayımlamağa başlayacaqlar.
QAZİLER.AZ