Lukaşenko Belarusdakı hərbi vəziyyətdən danışıb

Lukaşenko Belarusdakı hərbi vəziyyətdən danışıb backend

Belarus prezidenti Aleksandr Lukaşenko yerli hakimiyyət orqanlarının yeni rəhbərləri ilə görüşündə ölkədəki hərbi vəziyyəti açıqlayıb.

Qaziler.az xəbər verir ki, onun sözlərini "Pul pervoqo" telegram kanalı sitat gətirib.

Belarus lideri kadr nizam-intizamına və nəticələrinə, aşağıdan yuxarıya qədər ciddi məsuliyyətə nail olmağı tələb edib.

"Qulaq asın, kişilər, bu gün hərbi vəziyyətdir. Xalq bu hakimiyyətə dua etməlidir ki, biz hələ də birtəhər dayanırıq. Daxildə problemlər yaranan kimi onları gücləndirəcək, üstümüzə sıçradacaqlar”, - Lukaşenko deyib.

Lukaşenko bu yaxınlarda bildirib ki, Rusiya və Belarusun gələcəyi gənc nəslin əlindədir və iki ölkənin dünyanın geosiyasi xəritəsində hansı yeri və rolu tutacağı onlardan asılıdır.

QAZİLER.AZ

Diaspora