Liviya sahillərində 1 milyon barel neft daşıyan "Vilamoura" tankerində partlayış baş verib.
Qaziler.az bildirir ki, bu barədə “Bloomberg” agentliyi “TMS Tankers” operatorunun bəyanatına istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, partlayış gəminin maşın otağını basıb. Qeyd olunur ki, bundan əvvəl tanker Qazaxıstan neftini daşımaq üçün Rusiya limanlarına daxil olub.
“Aprel ayından bəri “Vilamoura” iki dəfə Rusiya neft terminallarına Rusiya barelini deyil, Qazaxıstan neftini götürmək üçünd axil olub”, - agentlik gəminin hərəkətinin izlənməsinə dair məlumatlara istinadən yazır.
Məqalədə bildirilir ki, may ayında tanker əsasən Qazaxıstan neftinin daşındığı iddia edilən Novorossiysk yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumunun terminalına daxil olub. Agentliyin məlumatına görə, iddia edilir ki, bu, son vaxtlar Rusiya limanlarına daxil olan tankerlərdə baş verən beşinci partlayışdır.
“Vilamoura” tankeri zərərin təhlili üçün Yunanıstana göndərilib. Yanacağın dağılması ilə bağlı heç bir məlumat yoxdur və gəminin ekipaj üzvləri arasında itki yoxdur.
QAZİLER.AZ