Tramp Suriyaya qarşı sanksiyaları yumşaldacaq

Tramp Suriyaya qarşı sanksiyaları  yumşaldacaq backend

ABŞ prezidenti Donald Tramp gün ərzində ABŞ-nin Suriyaya qarşı sanksiyalarının yumşaldılmasına dair sərəncam imzalayacaq.

Qaziler.az bildirir ki, bu barədə CBS-in jurnalisti Cennifer Jacobs “X”dəki hesabında məlumat verib.

"Bu gün Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılmasına dair sərəncam imzalayacaq", - o yazıb.

May ayında Trampla Suriyanın müvəqqəti rəhbəri Əhməd əl-Şaara arasında danışıqlar zamanı ABŞ lideri bəyan etmişdi ki, Vaşinqton Əsəd ailəsinin hakimiyyəti dövründə onilliklər ərzində tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmağa başlayacaq.

QAZİLER.AZ

Diaspora