BMT Ukrayna tərəfindən edam edilən rus əsgərlərinin sayını açıqlayıb

BMT Ukrayna tərəfindən edam edilən rus əsgərlərinin sayını açıqlayıb backend

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatına əsasən, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 26 rus əsgərini edam ediblər.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, sənəddə bir çox əsgərin vəhşicəsinə işgəncələrə məruz qaldığı, çubuqlarla döyüldüyü, həmçinin onların üzərində elektroşokerlərdən istifadə edildiyi bildirilir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı 2022-ci ilin fevralından Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbi əsirləri də daxil olmaqla 26 nəfəri edam etməsi faktını təsdiqləyib. Biri istisna olmaqla, hamısı 2022-ci ildə və 2023-cü ilin əvvəlində edam edilib, - hesabatda deyilir.

Daha əvvəl vətənə qayıdan rusiyalı hərbçilər ukraynalı əsgərlər tərəfindən sistematik şəkildə zorakılığa məruz qalmasından danışıblar. Onlara həmçinin təzyiqlər edilib və üzərlərində psixoloji işgəncələr sınaqdan keçirilib.

QAZİLER.AZ

Diaspora